18 
Apr
2020
22:22
88
283
4401
Virtual karabakh

100-dən çox dünya ulduzu evindən konsert verdi - YENİLƏNİB + VİDEO

18 Apr, 2020
22:22
4401

100-dən çox dünya ulduzu evindən konsert verdi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya ulduzlarının koronavirusa qarşı mübarizə aparanlara dəstək olmaq üçün təşkil etdikləri konsert proqramı artıq başlayıb. 

Bazar günü səhər 06:00-a qədər davam edəcək konsert proqramını canlı şəkildə təqdim edirik. 

18:35

100-dən çox dünya ulduzu koronavirusa qarşı mübarizə aparanlara dəstək olmaq üçün mahnılarını ifa edəcəkləri bir tədbir təşkil edirlər.

Oxu.Az xəbər verir ki, TV kanallarından və sosial mediadan yayımlanacaq konsert Bakı vaxtı ilə 22.00-da başlayacaq.

“The One World: Together At Home” (“Bir dünya bir evdə”) adlanan tədbirdə “Rollinq Stouns”, Selin Dion, Farel Uilyams, Elton Con, Paul MakKartni, Stiv Uonder və Billi Eiliş da daxil olmaqla 100-dən çox müğənni ifa edəcək.

Bütün iştirakçıların ifaları evlərindən canlı yayımlanacaq. Tədbir bazar günü Bakı vaxtı ilə 06:00-a qədər davam edəcək.

İfaları “YouTube”, “Twitter”, “Facebook”, “İnstagram”dan, eləcə də dünyanın bir çox televiziya kanallarından canlı izləmək mümkün olacaq.

Səkkiz saat davam edəcək tədbirdən əldə edilən gəlirin koronavirusla mübarizə məqsədi ilə xərclənəcəyi açıqlanıb.

Tədbir “Global Citizens” təşkilatı və Ledi Qaqanın dəstəyi ilə keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri